Komanda daxili münaqişələrin idarə olunması
Fərqli xarakterlər, iş tərzləri və məqsədlər komanda daxilində fikri ayrılıqlarına, müzakirələrə səbəb ola bilir. Baş berən münaqişələr məhsuldarlığı azalda, əlaqələri zəiflədə və layihənin uğuruna mənfi təsir edə bilən faktorlardır. Lakin komanda daxili münaqişənin düzgün idarə edilməsi ilə həm işçi münasibətlərini həll edə, həm də komandanın daha da güclənməsinə kömək ola bilər.
Münaqişələrin idarə olunması nədir?
Münaqişələrin həll edilməsi fərdlər arası və komandalar daxilində yaranan münaqişələrin və fikir ayrılıqlarının həll edilmə prosesidir. Bu proses fərqli baxış, dəyər və məqsədlər nəticəsində ortaya çıxan problemləri həll etməyi, ortaq nəticəyə gəlməyi və münaqişənin mənfi təsirlərini minumuma endirməyi hədəfləyir. Münaqişənin idarə edilməsi yalnız mübahisələrin həll edilməsini deyil, həm də əməkdaşlığı gücləndirməyə, etimadı artırmağa və komanda dinamikasını inkişaf etdirməyə yönəlmiş bir prosesdir. Yaxşı bir münaqişə idarəetmə strategiyası açıq və dürüst ünsiyyət, empati və aktiv dinləmə prinsiplərinə əsaslanmalıdır. Bu yanaşmalar, fərqli fikirlərin bir araya gətirilməsinə və münaqişələrin müsbət bir dönüş almasına kömək edir.
Komanda daxili münaqişələrin bir neçə səbəbləri vardır.
· Ünsiyyət problemi
· Müxtəlif məqsədlər
· Rolların aydın olmaması
· Şəxsiyyət fərqləri
Münaqişələrin effektiv idarə olunması üçün bəzi yanaşmalar.
1. Problemin kökünə enmək: bu mərhələdə münaqişənin real səbəblərini və tərəflərin ehtiyaclarını anlamaq vacibdir. İşin təyin olunma qaydasında, komanda üzvlərinin vəzifələrində və ya iş proseslərində uyğunsuzluqlar münaqişəyə gətirib çıxara bilər. Problemin kökünü müəyyən etmək üçün münaqişə ilə bağlı dərin müzakirələr aparmaq vacibdir.
2. Açıq və şəffav ünsiyyət: münaqişələrin əksəriyyəti ünsiyyət çatışmazlığından qaynaqlanır. Komanda üzvləri bir-birini yanlış anladıqda və ya işlə bağlı aydın olmayan gözləntilər olduqda bu, qarşıdurmalara səbəb ola bilər. Açıq ünsiyyət münaqişələrin qarşısını almaqda mühüm rol oynayır.. Komanda rəhbərləri açıq və şəffaf ünsiyyəti təşviq etməli və hər kəsin öz mövqeyini rahat ifadə edə biləcəyi bir mühit yaratmalıdır.
3. Həll yolları: münaqişəni həll etmək üçün birgə yollar tapmaq mütləqdir. Komanda üzvləri ilə bir araya gələrək hər bir tərəfin istəyini və ehtiyaclarını nəzərə alaraq mümkün həll yolları tapılmalı və alternativ yanaşmalar təklif edilməlidir.
4. Ortaya çıxan situasiya: münaqişələr emosional durumlar yarada bilər. Tərəflərin hisslərini anlamaq və tanımaq, daha müsbət bir mühitin yaradılmasına kömək edir. Onların nə hiss etdiklərini başa düşmək münaqişəni daha dərindən anlamağa kömək edir, empatiya göstərmək isə tərəflərin mövqeyini başa düşmək və onların daha açıq olmalarına köməklik göstərir.
5. Qaydalar: komanda içindəki münaqişələri azaltmaq üçün aydın qaydaların və sərhədlərin müəyyən edilməsi vacibdir. Bu komanda üzvlərinin gözləntilərini və davranışlarını daha aydın şəkildə müəyyən etməyə kömək edir. Komanda üçün qəbul edilən davranış standartlarını təyin edilə və münaqişə baş verdikdə izləniləcək bir prosedur hazırlana bilər.
6. Geribildirim: münaqişələrin qarşısını almaq və ya idarə etmək üçün müntəzəm geri bildirim vermək önəmlidir. Komanda üzvlərinin öz davranışlarını, qarşılıqlı münasibətlərini və münaqişələri necə idarə etdiklərini müzakirə edin.
Komanda daxili münaqişələrin idarə olunması, yalnız mühitin harmoniyası üçün deyil, eyni zamanda komandanın ümumi performansı üçün də vacibdir. Düzgün şəkildə yönləndirilən münaqişələr komanda üzvləri arasında daha dərin münasibətlərin formalaşmasına, iş mühitinin daha dinamik və yaradıcı olmasına və gələcək münaqişələrin qarşısını almağa şərait yarada bilər.