• Üstünlüklərimiz

FMR Üstünlükləri

FMR Trainings ölkəmizin qabaqcıl idarəetmə məsləhətçiləri, təlimçiləri və akademikləri ilə əməkdaşlıq edərək müxtəlif mövzularda ixtisaslaşmaq üçün qısamüddətli təlim proqramları təşkil edir. FMR Trainings, iş dünyasındakı dərin biliklərini və praktiki təcrübəsini birləşdirərək, fərdlərin inkişafına töhfə verəcək və karyeralarında fərq yaradacaq təlim proqramları hazırlayır. 

Bütün ixtisasartırma təlim proqramları oflayn və onlayn formatda şirkətimiz tərəfindən təşkil oluna bilər.
Korporativ şəkildə təlimlərimizə qoşulmaq üçün info@fmrtrainings.az elektron poçtuna sorğunuzu ünvanlaya bilərsiniz. 

Çevik

Müxtəlif sektorların aparıcı qurumları, mütəxəssisləri və idarəetmə məsləhətçiləri ilə əməkdaşlıq edərək daima daha təkmil və fərqli təlim proqramları təklif edir .

Özünəməxsus

Sektorun digər təhsil müəssisələrindən fərqli olaraq, özünəməxsus mövqeyi ilə bilikləri praktiki təcrübə və nəticələrlə birləşdirir və müvafiq sahədə xüsusi təcrübəyə malik olan təlimçilər, idarəedici və qərarverici şəxslərlə informasiya mübadiləsinə imkan yaradır.

Xüsusi yanaşma

İş dünyasına yaxın quruluşu sayəsində sektordakı çətinlikləri və imkanları təhlil edərək praktiki bilik və təcrübəyə əsaslanan, iş dünyasındakı qurumların və fərdlərin ehtiyaclarını qarşılayan, inkişaf imkanları təklif edən təlim proqramları hazırlayır.

Məqsədyönlü

Xüsusi iş sahələrinə və idarəetmə məsələlərinə yönəlmiş mütəxəssis heyəti və təlim proqramları ilə xüsusi inkişaf məqsədlərinə cavab verən yüksək keyfiyyətli təlim proqramları təklif edir.

Perspektiv

Sektordakı çətinlikləri, imkanları və gözləntiləri təhlil edərək Azərbaycandakı idarəetmə təhsili, korporativ təlim fəaliyyətləri və biznes məlumat şəbəkəsinin inkişafına istiqamət verir.