• Korporativə özəl təlimlər

Korporativə özəl təlim proqramları

FMR Trainings ümumi iştiraka açıq olaraq inkişaf proqramları və konfranslar çərçivəsində əldə etdiyi təcrübəni ekspert məsləhətçilər və yüksək səviyyəli menecerlər şəbəkəsi ilə birləşdirərək korporativlər üçün xüsusi təlimlər təşkil edir.

Onlayn və oflayn formatda olmaqla bir çox fərqli təlim üsullarından istifadə edərək qurumların və şəxslərin inkişafına töhfə verir, maksimum fayda təmin etməyi, korporativ və fərdi səmərəliliyi artırmağı hədəfləyirik. 

Yalnız xidmət göstərdiyimiz qurumların təlim ehtiyaclarını qarşılamaqla yanaşı, həm də müvafiq qurumun sektordakı mövcud vəziyyətini, təşkilati quruluşunu, mədəniyyətini, iş üsullarını, gələcək strategiyalarını və gözləntilərini başa düşməyi hədəfləyərək təşkilatların inkişafına töhfə verməyi və onların yüksək gözləntilərini qarşılamağı əsas tuturuq. 

Qurumunuza uyğunlaşdırılmış proqramlar


Müəssisənizin ehtiyaclarına uyğun təlim həlləri təklif edərək əməkdaşlıq etdiyimiz qurumları və iş ortaqlarını da layihəyə daxil etməklə çoxtərəfli xüsusi dizayn təlim proqramları hazırlayırıq. Aşağıdakı linkdən əməkdaşlıq və tərəfdaşlıqlarımızı nəzərdən keçirə bilərsiniz.
Partnyorlar
Təşkilatınızın ehtiyaclarını diqqətlə təhlil etdikdən sonra sizə fərdiləşdirilmiş təlim həlləri təklif etməyi üstün tutsaq da, korporativ təlim ehtiyaclarınız üçün əvvəlcədən müəyyən edilmiş müxtəlif proqramlar da təklif edirik. Bu cür proqramlar ümumi məhsuldarlığı artırmaq məqsədilə hazırlanmışdır.
Korporativə özəl təlim kataloq

Təlim istiqamətləri

İdarəçilik
Strategiya və Liderlik
Maliyyə, Vergi və Mühasibatlıq
MC Excell
Satış və Marketinq
Təchizat zənciri
İnsan Resursları
Kommunikasiya bacarıqları

Qurumunuza özəl təlim xidmətləri

Sektoral Dizayn

Təlim proqramlarımızın məzmun və təlimçi seçimlərini sizin təşkilatınızın fəaliyyət göstərdiyi sektora uyğun olaraq edirik

Təlimin tərkib dizaynı

Təlim proqramlarımızın məzmununu texniki və nəzəri biliklər, praktiki məlumatlar, aktual nümunələr əsasında xüsusi olaraq tərtib edirik.

Tədris Metodunun Dizaynı

Təlim metodunu təşkilatınızın ehtiyac və məqsədlərinə uyğun olaraq seminar və məşq kimi bir çox fərqli təlim metodlarını əhatə edərək tərtib edirik.

Referanslar

Fmr Trainings olaraq biz 11 il ərzində bir çox qurumun və bir çox fərdin karyeralarının inkişafına töhfə vermişik. Qurumların ehtiyaclarına uyğun olaraq xüsusi olaraq hazırlanmış təlim proqramlarımız vasitəsilə  ilə qurumların vizyonlarını inkişaf etdirməkdə dəstək göstərmişik. 
Aşağıda indiyə qədər əməkdaşlıq etdiyimiz və  təlim xidmətləri göstərdiyimiz şirkətlərdən bəzilərini görə bilərsiniz.

Korporativə özəl təlimlər
Qeydiyyat

formImage