Embawood Şirkətində "Effektiv Satış Bacarıqları" Təlimi: İştirakçılar Sertifikatlarla Təltif Olundu

29-08-2024

Embawood Şirkətində "Effektiv Satış Bacarıqları" Təlimi: İştirakçılar Sertifikatlarla Təltif Olundu

FMR Trainings tərəfindən Embawood şirkətinin əməkdaşları üçün keçirilən "Effektiv Satış Bacarıqları" təlimi yüksək nəticələrlə davam edir. Təlimçilər Rafiq Hunaltay və Sənan Orucovun rəhbərliyi ilə baş tutan bu proqram, iştirakçıların satış bacarıqlarını əhəmiyyətli dərəcədə artırdı. Təlim müddətində iştirakçılar imtahandan keçərək bilik və bacarıqlarını təsdiq etdilər. Təlimin gedişində iştirakçılar əldə etdikləri nailiyyətləri təsdiq edən sertifikatlarla təltif olundular.