Satışda bacarıq üçün baş tutan təlimlər: “Effektiv satış bacarıqları” təlimi Embawood şirkət əməkdaşları üçün keçirildi

07-10-2024

Satışda bacarıq üçün baş tutan təlimlər: “Effektiv satış bacarıqları” təlimi Embawood şirkət əməkdaşları üçün keçirildi

FMR Trainings tərəfindən təşkil olunan “Effektiv satış bacarıqları” təlimi  9-10 Sentyabrda Masallı, 11-12 Sentyabrda Şəki, 13 Sentyabrda Quba, 16-17 Sentyabrda isə Gəncə şəhərlərində baş tutdu. Təlimlərdə ümumilikdə 150-dən çox satış təmsilçisi iştirak edərək satış fəlsəfəsi, yeni satış modelləri və texnikaları barədə nəzəri və praktiki məlumatlar əldə etdilər. Rafiq Hunaltay və Sənan Orucovun rəhbərliyi ilə satışın müxtəlif aspektləri, müştəri ilə effektiv ünsiyyət qurma bacarıqları, inandırma və yeni satış texnikalarının tətbiqi üzərində dayanaraq iştirakçılara praktiki nümunələr təqdim edildi. İştirakçılar nəzəri biliklərlə yanaşı real iş şəraitində tətbiq oluna bilən bacarıqları inkişaf etdirdilər. Bu təlimlərin əsas məqsədi Embawood şirkətinin satış heyətinin peşəkarlığını artırmaq, satış prosesini daha effektiv hala gətirmək idi. Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri nəzəri və praktik tapşırıqlar vasitəsilə sınadılar və uğurla tamamladıqları təlimlərə görə sertifikatla təltif olundular.