Emosional İntellekt təlimi yekunlaşdı!
Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün keçirilən "Emosional İntellekt" təlimi iştirakçılara öz hisslərini və başqalarının hisslərini daha yaxşı anlamaq, effektiv ünsiyyət qurmaq və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı verdi.
Rafiq Hunaltayın təqdimatında baş tutan təlim zamanı praktiki tapşırıqlar, maraqlı müzakirələr və komandada əməkdaşlıq üzərində xüsusi dayanıldı.