Təlimə Start Verildi: COP-29 Könüllülərinə "Emosional İntellekt" Təlimi Başladı

15-08-2024

Təlimə Start Verildi: COP-29 Könüllülərinə "Emosional İntellekt" Təlimi Başladı

10 avqust 2024-cü il tarixində COP-29 könüllüləri üçün "Emosional İntellekt" təlimi FMR Trainings tərəfindən uğurla başladı. Təlimin məqsədi könüllülərə emosional zəka bacarıqlarını inkişaf etdirmək və bu bacarıqları iş mühitində effektiv şəkildə tətbiq etməyi öyrətməkdir. Təlimçi Rafiq Hunaltayın rəhbərliyi ilə keçirilən bu təlim, iştirakçılara öz emosional reaksiyalarını daha yaxşı anlamaq və idarə etmək imkanı verəcək.